Vakansiya haqqında
EDUGrata Təhsil Mərkəzinin Ramana filialı üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur.
Vakansiya tələbləri:
- Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
- Öyrənmək və araşdırmaq qabiliyyəti;
- Ünsiyyət qura bilmə bacarığı;
- MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
- Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
- Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);
- Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür.
Ünvan:
Yeni Ramana, Akasiya şadlıq evinin yanı.
Vakansiyanın şərtləri:
- Günorta yeməyi şirkət tərəfindən təmin olunur
- Əmək haqqı əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
- Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir.
- İş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur. Qalan günlər 18:00-a kimi yekunlaşır.
Bizimlə çalışmağın üstünlükləri:
- Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)
- Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi
Qeyd:
- Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər.
- Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
- Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə və qanunvericiliyə zidd olan istəklərinə əməl etməyin!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!