Vakansiya haqqında
Vakansiya: Qeydiyyatçı (Xarici pasiyentlərlə iş üzrə)
Bioloji Təbabət Klinikası komandamıza xarici pasiyentlərlə işləmək bacarığına malik, ünsiyyətcil və məsuliyyətli qeydiyyatçı dəvət edir.
Vəzifə öhdəlikləri
-
Yerli və xarici pasiyentlərin qarşılanması, qeydiyyatının aparılması və müvafiq şöbələrə yönləndirilməsi;
-
Xarici pasiyentlərlə rus və ingilis dillərində ünsiyyətin qurulması;
-
Telefon zənglərinin, WhatsApp müraciətlərinin və onlayn sorğuların cavablandırılması;
-
Xarici pasiyentlərə klinikanın xidmətləri, müayinə və müalicə prosesləri haqqında məlumat verilməsi;
-
Həkim qəbullarının planlaşdırılması və koordinasiyası;
-
Pasiyentlərin klinikada olduğu müddətdə yönləndirilməsi və onlara təşkilati dəstəyin göstərilməsi;
-
Pasiyent məmnuniyyətinin təmin edilməsi və yüksək xidmət standartlarının qorunması.
Namizədə tələblər
-
Rus dilində sərbəst danışıq və yazışma bacarığı – mütləqdir;
-
İngilis dili biliyi – üstünlükdür;
-
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
-
Xarici pasiyentlərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
-
Yüksək ünsiyyət, təqdimat və təşkilatçılıq qabiliyyəti;
-
Kompüter və MS Office proqramları ilə işləmək bacarığı;
-
Məsuliyyətli, gülərüz, səbirli və komandada işləməyi bacaran;
-
Klinika, xəstəxana, hotel və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür.
İş şəraiti
-
İş yeri: Bioloji Təbabət Klinikası, Bakı filialı
-
Ünvan: Səid Cəfər Pişəvəri küçəsi 110
-
Əməkhaqqı: 500-600 azn
-
Peşəkar və dinamik iş mühiti;
-
Karyera və peşəkar inkişaf imkanları.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı – Xarici pasiyentlərlə iş” qeyd etməklə klinikanın müvafiq əlaqə ünvanına göndərə bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!