QA Engineer – Product Onboarding Tribe (Optimus)

QA Engineer – Product Onboarding Tribe (Optimus)

Kapital Bank
  • Şəhər

    Bakı, PBT2 (Port Baku Tower 2),

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    29 iyul 2026

  • Bitmə tarixi

    28 avqust 2026

Kapital Bank komandasını gücləndirmək və əməliyyat effektivliyini artırmaq məqsədilə Keyfiyyətə Nəzarət və Proseslərin Optimallaşdırılması (QA / Business Process) istiqaməti üzrə peşəkar mütəxəssis axtarır. Bu rolda siz bankın biznes proseslərinin qurulmasında, keyfiyyət meyarları baxımından optimallaşdırılmasında və innovativ həllərin tətbiqində yaxından iştirak edəcəksiniz.

+ ' ' +

Test idarəetmə proqramlarını mənimsəmək (X-ray, TestRail və s.);

QA Manual və Avtomatlaşdırma sahəsi üzrə təcrübə;

Api, Contract testing üzrə biliklər;

Java proqramlaşdırma dili üzrə təcrübə;

Selenium, Appium, Cucumber və s. test frameworkləri üzrə təcrübə;

Postman, SoapUI, Jmeter üzrə biliklər;

Git ilə işləmə bacarığı (GitLab, GitHub);

Database ilə işləmək bacarığı (Oracle, MySQL, SQL Developer);

Agile metedologiyasına aid zəruri biliklər (Scrum, Kanban);

Təhsil: Ali təhsil;

Sahə üzrə minimum 2 il iş təcrübəsi;

Dil bilikləri: azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzuolunandır;

Analitik düşüncə;

Ünsiyyət qurma bacarığı;

Vaxtın idarə olunması bacarığı;

Komandada işləmək qabiliyyəti;

Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

Məsuliyyətli, diqqətli olmaq;

İnsanlarla işləmək bacarığı;

Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması.


+ ' ' +
  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.


+ ' ' +

Biznes proseslərin qurulmasında iştirak edir, mövcud biznes proseslərin keyfiyyət meyarları baxımından optimizasiyası üzrə təklifləri edir;

Test planlarının yaradılması, test ssenarilərinin yazılmasını (manual və avtomatlaşdırılmış) təmin edir;

Test prosesini izləyir, bug-ları aşkarlayır, aşkarlanan səhvlər üzrə təyin edilmiş standartlara müvafiq olaraq hesabatlar hazırlayır;

Servis testlərini icra edir, performans və regression test prosesini aparır;

Mövcud testləşdirmə proseslərini nəzərdən keçirir, yeni funksionallıqların araşdırılması və tətbiqi prosesində iştirak edir;

Təşkilati və əməliyyat effektivliyini artırmaq üçün həllər təklif edir;

İnsiatoru olduğu, istifadə etdiyi modellər varsa cavabdehlik daşıyır;

Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;

Birbaşa rəhbəri, İdarə Heyətinin sədri (Baş icraçı direktor) tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin, həmçinin komissiyaların qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili hüquqi aktlardan irəli gələn tapşırıq və sərəncamları “qanunun tələbləri çərçivəsində” icra edir;

Cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

QA Engineer – Product Onboarding Tribe (Optimus) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox