Vakansiya haqqında
Problemli kreditlərin yığımı üzrə Qrup rəhbəri
Tələblər:
- Bəy namizəd
- Problemli kredit portfelinin idarə olunmasında minimal 3 illik iş təcrübəsi
- Səlis Azərbaycan və rus dili biliyi
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi
- Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin vaxtında, tam geri yığımına nail olması
- Müştərilərlə ünsiyyətdə mübahisəli faktorların yaranması zamanı müraciətlərin səbirlə dinlənilməsi, təmkinlə məsələlərin həll edilməsi
- Yeni işçilərə təlimlərin,treyninqlərin keçirilməsi, zənglərin təhlili, işçilər arası koordinasiyalı işin təşkil edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ,dəqiq icra olunması
Şərtlər:
- Əmək haqqı minimal 1000azn -1500AZN-dən başlanılır +Bonus
Namizədlərdən şəkilli CVlərini mövzu hissəsində " Problemli kreditlərin yığımı üzrə Qrup rəhbəri" qeyd etməklə office@mikrocredit.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!