Vakansiya haqqında
Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəriyönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.
• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl bilmək, Rus dilini bilmək arzu olunandır;
• Ünsiyyət qurmaq bacarığı yüksək səviyyədə;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Təşəbbüskar, aktiv, komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Problemli kreditlər üzrə Mütəxəssis göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edə bilər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!