Vakansiya haqqında
Biz nə təklif edirik ?
- Mehriban və rəqabətli iş mühiti;
- İnkişafa yönələn karyera
İş haqqında məlumat:
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək;
- İcra şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək;
- Elektron məhkəmə və elektron notariat sistemində işləmək bacarığı;
- İcra işləriylə bağlı ezamiyyətə getmək;
- Hüquq şöbəsinin rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Hüquq üzrə Ali təhsil;
- Yaş həddi 24-32;
- Kişi namizədlərə üstünlük veriləcək
- 600 AZN əmək haqqı + bonus
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Word və excelldə işləmə bacarığı.
Vakansiyaya müraciət üçün Hüquq şöbəsinə kiçik hüquqşünas başlığını yazaraq CV-nizi hr@smartelectronics.az ünvanına göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!