Vaxtı bitib

PR üzrə mütəxəssis

  • Bakı
  • İnzibati
  • 13 yanvar 2020
  • 1 711 baxış
  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Bitmə tarixi 12 fevral 2020
Diqqət!

Bu elanın vaxtı bitib. İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis (PR) vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis (PR) üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Namizədə tələblər

• Təhsil: Ali( jurnalistika/ marketinq /PR sahəsində təhsil arzuolunandır)
• Müvafiq sahədə ən azı 1 il təcrübə
• Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus və İngilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri:

• PR kampaniyaların keçirilmə planını təşkil etmək və büdcəsini təyin etmək
• Press-relizlər, informasiya xəbərləri, məqalələr yazmaq
• Şirkətdaxili PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək
• Şirkətin ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək
• KİV, sahibkarlıq ictimaiyyəti və dövlət orqanları ilə işgüzar əlaqələri inkişaf etdirmək
• Müxtəlif aksiyaların (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində şirkətin iştirak etmək təklifini təhlil etmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı : müsahibə əsnasında
• İş yeri : Baş ofis

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “PR üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək PR üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

3

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ