Maliyyə analiz
Razılaşma ilə
Tam-ştat
21 may 2025
20 iyun 2025
Görəcəyiniz işlər:
• Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
• Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
• Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
• Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
• Biznes prosesi\arxitekturanı\dəyişikliyi əlaqəli bütün steykholderlərlə razılaşdırmaq;
• Biznes prosesin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
• Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
• Deployment ve reliz proseslərinin hazırlanması və izlənməsi, deadline-lara uyğun getməsi üçün teamə dəsdək olmaq;
• Prosesin və ya dəyişikliyin texniki dəsdək komandasına ötürülməsi;
• İT, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilə;
• Sahə üzrə minimum 1+ il təcrübəyə;
• Bank məhsulları haqqında biliklərə;
• Ödəniş sistemləri üzrə inteqrasiya, Bank modulları (Flexcube arzuolunandır), BPM, Mobile application ilə bağlı iş təcrübəsinə( minimum 1 il);
• Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına;
• Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliyə;
• Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
• Web servis üzrə biliklərə sahib: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik;
• Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.