Vakansiya haqqında
Görəcəyiniz işlər:
• Funksional və qeyri-funksional tələblərə əsasən test ssenarilərinin və test keyslərin yazılması;
• Test nəticələrini sənədləşdirmək və komanda ilə müzakirə etmək;
• Mövcud test proseslərinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması üçün tövsiyələr vermək;
• Defektlərin idarə edilməsi və izlənməsi, qarşılaşdığınız problemləri inkişaf komandalarına ötürmək;
• Proqramın hər bir komponentini test etmək, həmçinin, müxtəlif platformalarda testlər həyata keçirməkdir.
Bizim üçün uyğun namizəd:
• Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi və ya uyğun təcrübəyə;
• Minimum 1-2 il iş təcrübəsinə;
• Xarici dil biliyi üstünlükdür;
• Bank prosesləri barədə bilik və təcrübəyə (arzuolunandır);
• Yaxşı analitik düşünmə və problem həll etmə bacarığına;
• Test alətləri (məsələn, Selenium, JUnit, TestNG, Postman, Jira, Xray Test Management, k6, JMeter) və metodologiyaları barədə biliklərə;
• Java, Python, JavaScript və ya başqa proqramlaşdırma dillərində avtomatlaşdırma ssenarilərini yazmaq bacarığı;
• Git və digər versiya nəzarət sistemləri ilə işləmə təcrübəsinə;
• SQL ilə məlumat bazası testləri aparmaq bacarığına;
• Performans, yük və təhlükəsizlik testləri ilə təcrübəyə (arzuolunandır);
• CI/CD Prosesləri ilə təcrübəyə (arzuolunandır);
• Agile metodologiyası (Scrum/Kanban) ilə işləmək təcrübəsinə sahib olan şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!