Vakansiya haqqında
“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın, habelə elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin olunması, informasiya sistemlərinə peşəkar dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Mərkəzdaxili aktiv sosial həyat.
VƏZİFƏ: Pentest üzrə baş mütəxəssis
VƏZİFƏ FUNKSİYALARI:
- Fəaliyyət üzrə sistemlərinin nüfuzetmə testini həyata keçirmək;
- Web və mobile tətbiqlərin nüfuzetmə testinin həyata keçirmək;
- Statik və dinamik kod analiz proseslərinin davamlılığını, nəticələrini mütəmadi olaraq izləmək;
- Aşkar edilən boşluqlar və onların aradan qaldırılması üzrə hesabatlar hazırlamaq;
- Struktur bölmənin fəaliyyəti üzrə tapşırılan digər vəzifələri yerinə yetirmək.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Veb və şəbəkə texnologiyaları haqqında geniş biliklər;
- Veb və mobil tətbiqlərin pentesti və tapılan boşluqların ekspluatasiyası üzrə iş təcrübəsi;
- İnfrastruktur pentesti üzrə bacarıqlar;
- Linux əməliyyat sistemi ilə sərbəst işləmə bacarığı;
- Fundamental devops bilikləri;
- Scripting bacarığı;
- Statik kod analizi bacarığı üstünlükdür;
- Nessus, Burp Suite, Metasploit və s. kimi alətlər ilə iş təcrübəsi;
VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
- Məsuliyyətlilik;
- Etibarlılıq və dürüstlük;
- İnkişafa yönümlü və innovativlik;
- Operativlik;
- Təşəbbüskarlıq və təşkilatçılıq;
- Nəticəyə hədəfli;
- Komanda işi.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!