Optika təmsilçisi

Optika təmsilçisi

Fokus Optika MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Səhiyyə

  • Maaş

    400 - 700 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    28 iyul 2020

  • Bitmə tarixi

    27 avqust 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Optika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vakansiya Bakı və Sumqayıt filialları üçün keçərlidir

Vəzifə öhdəlikləri:
- Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq
- Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək
- Müştəri sorğularını cavablandırmaq
- Digər məhsullar haqqında müştəriyə məlumat vermək
- Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək
- Satışı həyata keçirmək
- Sifariş qeydlərini tutmaq
- Ona təyin edilmiş hədəflərə çatmaq
- Ofisdən gələn malları vitrinə yerləşdirmək
- Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək
- Sifarişlər barəsində ustanı məlumatlandırmaq
- Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək

İş şəraiti:
- Əmək haqqı: 400-700 AZN
- İş qrafiki: 09:00-dan 20:00-dək
- AR Əmək məcəlləsinə uyğun sənədləşmə

Namizədə tələblər:

- Təhsil-Orta təhsil (Ali təhsil üstünlükdür)
- Yaş həddi: 25-40
- Təcrübə-1 ilə qədər
- Dil bilikləri-Azərbaycan dili əla səviyyədə,Rus dili-yaxşı səviyyədə,İngilis dili arzuolunandır
- Satış prinsipləri və texnikaları üzrə biliklər
- Davranış etiketi qaydaları üzrə biliklər
- Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, stressə davamlılıq və təqdimetmə bacarığı

Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.

Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox