Vakansiya haqqında
İş barəsində məlumat:
Səyyar göz klinikasında ölçüm cihazlarında xəstələrə aid ölçümləri həkimə yönləndirəcək, həkimə asistanlıq edəcək, həkimin təlimatlarının başa düşülməsində xəstəyə köməklik edəcək, lazım gəldikdə ilkin tibbi müdaxilə edəcək. İş ayda maksimum 3 bölgədə hər birində 5 gün olmaqla, daim ezamiyyələrdə olacaqdır. Həftədə 2 gün-Şənbə və bazar istirahət günüdür. Gediş-gəliş, yemək və qalma xərcləri əvvəlcədən planlanmış şəkildə şirkət tərəfindən qarşılanacaqdır.
Namizədə dair tələblər:
Yalnız kollec diplomlu və Müalicə işi, tibb bacısı işi ixtisaslı şəxslər işə qəbul ediləcəkdir. ( diplomunu almasından 5 ildən artıq müddət keçən şəxslərdən Səhiyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə tələb olunacaqdır), tez-tez ezamiyyətdə olma problemi olmayan , çevik, analiz etmə qabiliyyəti yüksək, səbirli, gülərüz namizədlər axtarılır.
İşə qəbul edilmiş namizədlər rəsmi əmək müqaviləsi ilə işləyəcəkdir.
Namizədlərdən yalnız şəkilli cv-lərini e-poçta göndərməkləri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!