Nəzarət departamentinin Xarici Nəzarət şöbəsinin mütəxəssisi

Nəzarət departamentinin Xarici Nəzarət şöbəsinin mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    24 aprel 2025

  • Bitmə tarixi

    08 may 2025

Rol haqqında

Kapital Bankın kollektivində çalışacaq Xarici nəzarət şöbəsinin mütəxəssisini axtarırıq. Bank məhsullarının və əməliyyatlarının monitorinqini həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə hesabatları tərtib etmək və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün namizəd axtarırıq. Bank məhsullarının və əməliyyatlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması əsas məqsədimizdir.

 

  • İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
  • Bank sahəsində (daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə ) ən az 2 il iş təcrübəsi;
  • Kompyuter biliyi: Microsoft Office, SQL ;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Mükəmməl kommunikasiya və insanlarla münasibət qurma bacarıqları;
  • Komanda mühitində effektiv işləmək bacarığı;
  • Güclü analitik və problem həll etmə qabiliyyətləri.
  • Bizimlə işləməyin üstünlükləri

 

  • Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
  • Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
  • Bankın həyata keçirtdiyi bankdaxili əməliyyatların aparılmasına nəzarət etmək və kənarlaşmalar haqqında hesabat tərtib etmək;
  • Bankın gəlir və xərc hesablarına nəzarət etmək;
  • Məhsul və proseslərin şərtlərə uyğunğunun yoxlanılması;
  • Nöqsanların aradan qaldırılması tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Risklərinin müəyyən edilməsi;
  • Maliyyə modellərinin düzgün tətbiqinə nəzarət etmək;
  • Xüsusi kampaniyaların şərtlərinə və icrasına nəzarət etmək.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox