Vaxtı bitib

Nəqliyyat üzrə mütəxəssis

28 sentyabr 2020 6 633 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Bitmə tarixi 28 oktyabr 2020
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. Nəqliyyatçı vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Nəqliyyatçı üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

• Banka məxsus olan nəqliyyat vasitələrinin siyahılaşdırılması, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi vəyaxud etibarnamə) düzgünlüyünün təqib olunması, əskikliklər barəsində lazımi bölmələrin məlumatlandırılması
• Nəqliyyat vasitələri istismara verilmədən öncə sürücüyə təhvil-təslim olunması, sürücülərə lazımi təlimatların verilməsi
• Banka məxsus olan nəqliyyat vasitələrinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək
• Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələlərin həyata keçirilməsi, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəldilməsi
• Nəqliyyat vasitələrinin təmiri və baxımı ilə əlaqədar uyğun servis təkliflərinin alınması, qiymət razılaşdırma protokollarının hazırlanması, rəsmi texniki xidmət müqavilələrinin hazırlanması
• Nəqliyyat vasitələrinin təmiri ilə bağlı olaraq əvvəlcədən lazımi təmir emalatxanaları təyin etmək, dəyişiləcək hissələr və görüləcək işlər üçün uyğun qiymət təkliflərinin alınması, qarşılıqlı razılaşma (müqavilə əsasında) fəaliyyətin təmin edilməsi
• Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin gözdən keçirilməsi
• Bankdaxili sifariş əsasında struktur bölmələri nəqliyyat vasitələri ilə təmin olunması
• Banka aid olan nəqliyyat vasitələri üçün yanacağın hesabatının hazırlanması, yanacağın uçotunun aparılması
• Bank daxilində nəqliyyat işləri ilə əlaqədar məsələlərin həll olunması, sənədləşmənin düzgün təqib olunması və həyata keçirilməsi
• İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək
• Davamlı olaraq Banka aid olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə nəzarət etmək
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək


Namizədə tələblər:

• Ali texniki və ya orta-ixtisas təhsili olması

• Nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmiri barədə biliklərin olması

• Ən azı B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalı

• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı

• Komandada işləmək bacarığı və stresə dözümlülük

Siz elektron poçtun “mövzu” yerinə “Nəqliyyat üzrə mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) cv@yelo.az ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək Nəqliyyat üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

1

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ