Vakansiya haqqında
İş barədə məlumat
Məktəbəqədər və ümumi orta təhsil sahəsində maarifləndirmə və məlumatlandırma istiqamətində fəaliyyətə başlayan yeni təhsil portalı komandasını genişləndirir.
Portalda təhsil sahəsi üzrə aktual xəbərlərin, maarifləndirici materialların və informativ məzmunun hazırlanması və yayımlanması üçün Redaktor vəzifəsi üzrə əməkdaş axtarılır.
Əsas vəzifələr:
Məktəbəqədər və ümumi orta təhsil sahəsində gündəlik xəbərlərin hazırlanması;
Təhsil sahəsində baş verən yeniliklərin, qərarların və aktual hadisələrin izlənilməsi;
Xəbər, müsahibə, reportaj və informativ məqalələrin hazırlanması;
Sayt və sosial media platformaları üçün kontentin hazırlanması və paylaşılması.
Namizədlərə dair tələblər:
Müvafiq sahə üzrə bilik və təcrübə;
Azərbaycan dilində yüksək yazı və redaktə bacarığı;
Sosial media platformaları ilə işləmək bacarığı;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Müraciət etmək istəyən şəxslər CV və nümunə yazılarını Redaktor və Müxbir başlığı ilə emaildə göndərə bilər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!