Vakansiya haqqında
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
“Pizza Mizza” MMC-yə Müştəri xidmətləri üzrə mütəxəssis tələb olunur.
Tələblər:
Müştəri xidmətlərində və ya müştəri sorğuları ilə iş üzrə təcrübə arzuolunandır
MS Office, xüsusən Excel ilə işləmək bacarığı olmalıdır
Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis və ya rus dili səlis danışıq
Komandada və müstəqil işləmək bacarığı olmalıdır
Punktual, çevik, məsuliyyətli, detallara diqqətli olmalıdır
Güclü ünsiyyət və interpersonal bacarıqları olmalıdır
Yüksək səviyyədə müştəri yönümlü olmalıdır.
Vəzifələr:
- Gündəlik olaraq, danışıq etikasına əsasən müştərilərlə əlaqə saxlanılması
- Müştərilərdən daxil olan bütün rəy və sorğularla işin aparılması
- Qonaq şikayətlərini qəbul etmək, qeyd etmək və müvafiq şöbələrə yönləndirmək
- Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi
- Müştəri məmnuniyyəti üçün çalışmaq
- Bütün sosial media hesablarındakı mesajlara vaxtında və nəzakətli şəkildə cavab vermək
- Sosial mediada müştəri suallarını və şikayətlərini izləmək və həll etmək
- Sosial media platformalarında (Facebook, Instagram, Twitter və s.) təcrübə
- Problem və konflikt həll etmək bacarıqlarına sahib olaraq, müvafiq problemləri həll etmək.
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
- Karyera inkişafı
- Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
- 5 günlük iş rejimiNahar şirkət tərəfindən ödənilir.
- Əmək haqqı 700 azn.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!