Vakansiya haqqında
- Gün ərzində sistemə daxil olan müraciətlərin cavablandırılması;
- Müştərilərin sorğularını operativ cavablandırmaq və ya müraciətlərinə uyğun şöbələrə yönləndirmək;
- Müştəriləri məhsullar və kampaniyalar haqqında dəqiq məlumatlandırmaq;
- Müştəri məmnuniyyətinin davamlılığını qorumaq üçün onların tələb və şikayətlərini dinləmək;
- Problemli sifarişi olan müştərilərə anında kömək etmək;
- Şirkətimizin bütün xidmətlərini dərindən öyrənməli və müştərilərə bununla bağlı təmkinli şəkildə düzgün məlumat təqdim etməklə müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
- Bu sahədə ən az 1 il iş təcrübəsi;
- Rus dilini səlis bilməli, yazı və danışıq bacarığı mükəmməl olmalı;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Kompüterdə sürətli işləmək bacarığı;
- Yaxşı ünsiyyət və məsuliyyət göstəriciləri önəmlidir;
- Müştərilərlə danışıq etikası.
İş saatı – növbəli: 09:00 – 18:00
Əmək Haqqı: 500 AZN
Komandamızda işləmək istəyən və bu işdə maraqlı olan namizədlər şəkilli “CV”–lərini mövzu hissəsində “Müştəri xidməti təmsilçisi” qeyd etməklə, info@limak.az ünvanına göndərə bilər.
İşə qəbul prosesində yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!