Müştəri məsləhətçisi (Bakı)

Müştəri məsləhətçisi (Bakı)

Yelo Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    06 noyabr 2024

  • Bitmə tarixi

    11 dekabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Müştəri bələdçisi vakansiyaları üçün bura keçid edin!

 

Vəzifə Öhdəlikləri:

  • Müştəriləri qarşılayır, salamlayır və istiqamətləndirir.
  • Bankın bütün məhsulları haqqında məlumatlı olur və müştəriləri məhsullar və xidmətlər barədə məlumatlandırır.
  • Müştərilərin Banka gəliş məqsədini müəyyənləşdirir, suallarını cavablandırır və lazım gəldikdə seçimlərində dəstək göstərir.
  • Müştərilərin problemlərini dinləyir və həll etmək üçün çalışır. Digər şöbələrin cəlbi tələb olunduqda müştərini Filial Rəhbərinə yönəldir.
  • Müştəri şikayətlərini qəbul edir və “Müştərilərin şikayət, təklif və sorğuları ilə iş üzrə prosedura” uyğun olaraq yönəldir.
  • Müştəriləri özünəxidmət avadanlığına (ATM, Cash in və s.) yönəldir və lazım gəldikdə avadanlıqdan istifadə üçün onlara dəstək olur.
  • Filialda özünəxidmət və növbə tənzimləmə avadanlığının işlək vəziyyətdə olmasını yoxlayır və problem olduğu halda Filial Rəhbərinə məlumat verir.
  • Müştəriləri növbə tənzimləmə aparatına yönəldir və xidmət seçimində dəstək olur.
  • Filialdakı səliqəyə və bukletlərin tərtibatına nəzarət edir, səliqəsizlik aşkarlandıqda xadiməni dərhal çağırır.
  • Tabe olduğu departamentin və rəhbərliyin tapşırıqlarını yerinə yetirir.
  • Müştəri müraciət etdikdə GNİ ABS axtarış ekranı üzrə müvafiq məlumatları təqdim edir.
  • Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına riayət edir.
  • Təhkim olunmuş əmlaklara görə cavabdehlik daşıyır və bankın imicini qoruyur.
  • Vəzifə öhdəliklərinin vaxtında icrası barədə rəhbərliyə məlumat verir.
  • AR qanunvericiliyinə, Mərkəzi Bankın normativ aktlarına və bankdaxili qaydalara uyğun hərəkət edir.

 

Tələblər:

  • Ali təhsil
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi
  • Ünsiyyət qurmaq və satış bacarığı
  • Riyazi biliklər
  • Komandada işləmək bacarığı

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox