- Müqavilələr şöbəsinə aid olan istənilən sənədin (müqavilə, məktub, dəyişiklik, aktlar və s.) layihəsinin hazırlanması, razılaşdırılması və qeydiyyat sisteminin aparılması;
- İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (Müqavilə üzrə öhdəliklərin vaxtında və müqavilənin şərtlərinə uyğun icrası, Müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla müvafiq koordinasiya və əlaqələndirmə işləri və s.);
- Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
- Potensial podratçılarla müqavilə və kommersiya şərtləri ilə bağlı danışıqların aparılması;
- İddiaların qarşısının alınması/idarə edilməsi və iddiaların qarşısının alınması prosesində iştirak;
- Dəyişiklik və iddialarla bağlı məsələlərin qiymətləndirilməsi və Müqavilələr şöbəsinin rəhbərliyinə müqavilə/kommersiya təkliflərinin təsdiq və ya rədd edilməsi barədə tövsiyələrin verilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıq və göstərişlərin icra edilməsi;
Namizədə tələblər:- Bundan əvvəl oxşar sahədə ən azı 3 il iş təcrübəsi;
- Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
- Neft-qaz sahəsində təcrübə üstünlükdür;
- Dəyişikliklərin və iddiaların idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
- İngilis və Azərbaycan dillərini mükəmməl bilməsi tələb olunur (Rus dilini bilməsi üstünlükdür);
- Universitet Diplomu (Hüquq, İqtisadiyyat, Marketinq, Biznesin idarəedilməsi, Beynəlxalq Münasibətlər və/ və ya digər oxşar sahələr üzrə Ali təhsil (bakalavr));
- Davranış:
- Kommunikasiya qabiliyyətlərinin olması (aydın və səlist nitq və yazı qabiliyyəti);
- Təfərrüatlara diqqət yetirən və yüksək təşkilatçılıq qabiliyyəti;
- Eyni zamanda bir neçə tapşırıq arasında prioritetlərin müəyyən edilməsi və təyin edilməsi qabiliyyətinin olması;
- Təyin olunmuş son icra tarixlərinə işi çatdırmaq üçün təzyiq altında işləmə qabiliyyəti;
- Müstəqil və komanda şəraitində işləmə qabiliyyəti;
- Bütün tapşırıqların icrası zamanı keyfiyyət və etibarlılığa yönəlmiş iş qabiliyyətinin sərgilənməsi;
- Vəziyyətləri təhlil etmək, problemləri müəyyənləşdirmək və həll yollarını tövsiyə etmək bacarığı;
- Lazım olduqda mürəkkəb danışıqlara rəhbərlik etmək;
- Funksional:
- Yüksək səviyyədə kompüter bilikləri (məsələn, Microsoft Word, Excel və PowerPoint);
- Dəyişikliklərin və iddiaların idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
- Xüsusi layihələrdə layihələrin idarəedilməsi sahəsində təcrübə üstünlükdür;
- Həcmli və küllü miqdarda müqavilələrin idarəedilməsində təcrübə;
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!