Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
27 aprel 2020
27 may 2020
Şirkət: “İDRAK Texnoloji Transfer” MMC
Struktur bölməsi: Konstruktorlar şöbəsi
Vəzifənin adı: Mühəndis-mexatronik
Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Layihə rəhbəri
İş təcrübəsi: Mexatronika, robototexnika, elektronika sahələri üzrə təcrübə
1. VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Mühəndis-mexatronik avtomatlaşdırma, ağıllı sistemlər, ağıllı cihazlar və ya sənaye sistemlərinin idarə edilməsi işlərini araşdırır, dizayn və ya testlərin aparılmasında iştirak edir;
• Sistemin və ya sistemin hissələri üçün montajlar və texniki dizayn sənədlərinin hazırlanması;
• Elektromexaniki, pnevmatik və ya hidravlik qurğular üçün idarəetmə sxemlərini və alqoritmlərin tərtib edilməsi;
• Mexatronik sistemin dizaynına uyğun materialların müəyyənləşdirilməsi və seçilməsi;
• Mövcud istehsal proseslərinin və sistemlərin analizi və təkmilləşdirilməsi;
• Mexatronik dizayn konseptlərini simulyasiya edə bilmək üçün mexaniki modellər və tolerantlıq təhlilinin aparılması;
• Yeni mexatronik avadanlıqların texniki imkanlarını, xərclərini və ya performans üstünlüklərini müəyyənləşdirmək məqsədilə tədqiqatların aparılması;
• Proqram təminatı ilə idarə olunan avadanlıqların diaqnostikası və nasazlığının operativ şəkildə aradan qaldırılması;
• İstehsal avadanlıqlarının saxlanılması, təmiri, modernləşdirilməsi və istismarı tədbirlərinin icrasına nəzarət edilməsi;
• Texnoloji avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi.
2. TƏLƏBLƏR:
• Ali texniki təhsil;
• Proqram təminatı ilə idarə olunan avadanlığın (CNC maşınları, avtomatik xətlər, PLC – Proqramlaşdırılan məntiqi kontroller) təmiri və texniki xidmət sahəsində 1-2 illik təcrübə;
• Çertyojlar və diaqramları oxumaq, sxemə görə elektrik dövrələri yığmaq bacarığı.
3. BİLİK VƏ BACARIQLAR:
• Texniki tapşırıqların verilməsindən, sənədlərin hazırlanmasından və istismara verilməsinə qədər layihələrin təkmilləşdirməsində təcrübə;
• Hidravlik, pnevmatik, kinematik diaqramları oxumaq, hidravlik qurğular, mexaniki və pnevmatik sistemlər üçün komponentlərin təmir prinsiplərini bilmək;
• Hidravlik qurğuların, hidravlik və pnevmatik silindrlərin tənzimlənməsi üsulları (texnikası).
İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə və bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühəndis-mexatronik” qeyd edərək CV-lərini cv@idrak.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.