Vakansiya haqqında
- Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək və rəhbərliyə hesabat vermək;
- Qısa və uzunmüddətli maliyyə proqnozlarının hazırlanmasında iştirak;
- Şirkətin maliyyə məlumatlarının daxili auditini aparmaq;
- Maliyyə hesabatlarını təhlili və digər tapşırıqların icrası;
- Rəhbərliyin tələbi əsasında müxtəlif növ analizlərin aparılması;
- Bank debitor və kreditor borclarının üzləşdirilməsini icra etmək;
- Mühasibat uçotunu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparmaq;
- Bank əməliyyatları və hesablaşmalarının aparılması,elektron qaimə-fakturaların yazılması;
İş şəraiti:
İş günləri : Həftənin 5 günü
İş vaxtı: 10:00-dan 19:00-dək
Əmək haqqı: Namizədin bilik,bacarıq və təcrübəsinə əsasən müəyyən ediləcəkdir.
Ünvan: İsmayıl Bəy Qutqaşınlı, Altes plaza
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində "Mühasib" qeyd etməklə hr@bht.az mail ünvanına göndərə bilərlər. Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Namizədə tələblər:- Maliyyə, mühasibatlıq sahəsində ali təhsil;
- ACCA sertifikatları F2 ( Management Accounting) və F3 (Financial Accounting) olması üstünlükdür;
- Müvafiq sahədə ən az 1-2 il iş təcrübəsi;
- 1C ERP proqramında işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusən Exceldə əla işləmə bacarığı;
- IRFS (Beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
- Analitik təhlil qabiliyyəti və işi düzgün planlamaq bacarığı;
- İngilis dili biliklərinin olması arzuolunandır;
- Elektron portallarda işləmək bacarığının olması;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!