Məzmun Yaradıcısı (Content Creator)

Məzmun Yaradıcısı (Content Creator)

PASHA Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Məzmun Yaradıcısı (Content Creator) vakansiyaları üçün bura daxil olun.

Elan № 15055

Məzmun Yaradıcısı (Content Creator) vakansiyaları

Məzmun Yaradıcısı (Content Creator) vakansiyaları

29 Sentyabr 2023

Elan tarixi

29 Oktyabr 2023

Bitmə tarixi

8469

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Marketinq

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

İşiniz nədən ibarətdir?

  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması və redaktə edilməsi;
  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
  • Daxili maraqlı tərəflərin sorğuları, tələbləri və ya məsələlərin baxılmağa təqdim edilməsi üçün əsas əlaqələndirici şəxs kimi xidmət göstərmək. Vaxtında və dəqiq cavabların verilməsi, istehlakçılarla açıq əlaqə kanallarının təmin edilməsi və müştəri gözləntilərinin idarə edilməsi;
  • Məzmunun cəlbedicilik səviyyələrini müəyyən etmək üçün veb analitikanın izlənməsi;
  • Bu sahəyə aid olan mövzulara dair araşdırmalar və həmçinin mövcud məzmunun təkmilləşdirilməli olan cəhətlərinin müəyyən edilməsi;
  • Təmayülləri, əsas analitik nəticələri və təkmilləşdirilməli olan cəhətləri müəyyən etmək üçün analitika vasitələrindən istifadə edərək məzmun yaratma fəaliyyətinin səmərəliliyinin yoxlanması və təhlili. Məzmun strategiyalarını optimallaşdırmaq və ümumi əmək məhsuldarlığı göstəricilərini yüksəltmək üçün məlumatlara əsaslanan qərarların qəbul edilməsi;
  • Məhsulların daha yaxşı başa düşülməsi üçün daxili heyətlər, müştərilər və sənaye ekspertləri arasında sorğuların keçirilməsi.

Tələblər

Sizdən nə tələb olunur?

  • Marketinq, Kütləvi Məlumat Vasitələri, Jurnalistika, Biznes və ya hər hansı müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsi;
  • Agentlikdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə iş təcrübəsi arzuolunandır;
  • Nəşr olunmuş işlərin nümunələri;
  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi;
  • Müstəsna yazı, eləcə də redaktə bacarıqları;
  • Kiçik yaradıcı mətnlər (məsələn, sosial media yazıları), eləcə də böyük məzmun nümunələri (məsələn, məhsul təsvirləri) yaratmaq bacarığı;
  • Məzmun idarəetmə sistemindən (məsələn, WordPress) istifadə üzrə iş təcrübəsi;
  • Açar sözlərin analizi və məzmunun optimallaşdırılması üzrə iş təcrübəsi;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Xırda təfərrüatlara böyük diqqət yetirmək bacarığı;
  • Analitik düşüncə;
  • Bank məhsulları ilə iş təcrübəsi.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 15055

Məzmun Yaradıcısı (Content Creator) vakansiyaları

Məzmun Yaradıcısı (Content Creator) vakansiyaları

29 Sentyabr 2023

Elan tarixi

29 Oktyabr 2023

Bitmə tarixi

8469

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"