Mexanik

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    05 iyun 2020

  • Bitmə tarixi

    05 iyul 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Mexanik vakansiyaları üçün bura keçid edin!

AZAQROTAXIL MMC “Mexanik” vakansiyası elan edir.

İşçiyə qoyulan tələblər:

• Cinsi: Kişi
• Müvafiq sahədə ali təhsil;
• Analitik,yaradıcılıq,təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Müşahidə aparmaq və faktların müəyyən ediməsi bacarığı;
• Müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Maşınları və ağır texnikaların (traktor, kombayn və s.) təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək;
• Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
• Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
• Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək;
• Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması;
• Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
• Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq.

İş şərtləri:

• Ərazi – Ağcabədi rayonu
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 1500 AZN
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 18.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar, bayram günləri

Maraqlananlar öz CV formalarını asya.nebiyeva.an@gmail.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Mexanik qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #837869

  • 1501

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox