Memar

Marin Group
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Memar / İnteryer dizaynı

  • Maaş

    900 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    21 iyul 2020

  • Bitmə tarixi

    20 avqust 2020

  • E-mail E-poçt göstər

- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirmək

- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin etmək

- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim etmək

- Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürmək.

- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq

- Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirmək

- Tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək

- İş qrafiki: 5gün, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər:

- Autodesk 3ds Max və AutoCAD proqramlarında işləmə bacarığı

CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop, (Adobe InDesign) proqramlarında işləmə bacarığı

- İşçi və eskiz layihələrini hazırlamağı bacarmalı və işlərin layihəyə uyğun icra olunduğuna nəzarət etməlidir

- Yüksək səviyyəli fotorealistik vizual görünüş (eksteryer,interyer,landşaft) tərtib etmə bacarığı

- Tikinti norma və qaydalarını bilməlidir

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #838619

  • 1633

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox