Məlumat xidmətləri üzrə assistent

Məlumat xidmətləri üzrə assistent

PASHA Malls
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Ofis menecmenti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    27 yanvar 2025

  • Bitmə tarixi

    03 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Assistent vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək.
  • Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək.
  • Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək.
  • Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq.
  • Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq.
  • Qonaqlarla üz-üzə, telefon və elektron poçt vasitəsi ilə təmasda olmaq.
  • Qonaqların sorğunlarına vaxtı-vaxtında cavab vermək.
  • Qonaqların şikayətlərini həll etmək.
  • Qonaqların sorğunlarını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq.
  • Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək.
  • Sorğunlar, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək.
  • Daxili şöbələrlə təmasda olmaq.
  • Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək.
  • Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.).

 

Tələblər:

  • Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiət qurmaq bacarığı.
  • Güclü iş etikası.
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq.
  • MS Office proqramları ilə işləyə bilmək.
  • Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və gücü lü təşkilatçılıq bacarıqları.
  • Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı.
  • Detallara diqqət və problemləri həll etmək bacarığı.
  • Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı.
  • Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları.
  • İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #858420

  • 2617

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox