Z

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis

Ziraat Bank Azərbaycan ASC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 6541

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis vakansiyaları

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis vakansiyaları

25 Avqust 2021

Elan tarixi

24 Sentyabr 2021

Bitmə tarixi

1557

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

3 ildən 5 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Satış

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Ziraat Bank Azərbaycan” ASC Satış və Marketinq departamentinə Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Əsas vəzifələr:

• Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
• Korporativ və pərakəndə bank məhsulları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
• Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün aidiyyəti struktur bölmələr ilə işləmək;
• Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
• Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili keçirilməsi;
• Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
• Məhsulun yaradılması proseslərini hazırlamaq və idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini və marketinqini həyata keçirmək;
• Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;

NamİZƏDƏ TƏLƏBLƏR

• Ali iqtisadi/maliyyə təhsili;

• Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;

• Kollektivlə işləmə bacarığı;

• Analitik problemləri təhlil və həll etmə qabiliyyəti;

• Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənilməsi;

• Türk və ingilis dili biliyi (rus dil biliyi müsbət qarşılanır);

• Microsoft Excel (yüksək səviyyədə), SQL (üstünlük verilir) bilikləri.

Göstərilən tələblərə cavab verən namizədlər sentyabr ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 6541

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis vakansiyaları

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis vakansiyaları

25 Avqust 2021

Elan tarixi

24 Sentyabr 2021

Bitmə tarixi

1557

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"