Vakansiya haqqında
SAF Farma - Dərman bazarında 24 illik təcrübəyə sahib top 5-likdə yer alan Azərbaycanın böyük dərman idxalçılarından biridir. Şirkətin fəaliyyəti dərman məhsullarının idxalı, satış və marketinqini əhatə edir. Yarandığı tarixdən bu günədək 300-dən çox adda dərman idxal etmişdir. Hazırda məhsul portfelində 100-dən çox məhsul mövcuddur. İdxal edilən dərman məhsulları aşağıda qeyd olunan istiqamətləri əhatə edir: Pediatriya, Terapiya, Nevrologiya, Urologiya, Ginekologiya, Endokrinologiya, Qastroentrologiya, Oftalmologiya, OTC, və s. Şirkət fəaliyyətini global miqyasda genişlətməklə Ukrayna, Özbəkistan, Gürcüstanda da yerli əhalinin sağlamlığına təminat yaratmaqdadır.
Öhdəliklər:
- Ona təhkim olunmuş işçi - mentor ilə birlikdə öyrənmə proqramını icra etmək;
- İş və təlim qrafikinə əməl etmək;
- Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
- Müştərilərdən məhsullar üzrə rəy alınması;
- Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
- İclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək;
- Gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq;
- Bazar araşdırması prosesində iştirak etmək;
- Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;
- Problemli müştərilər barədə birbaşarəhbərini məlumatlandırmaq;
- Rəhbərlik və ya məsul şəxsin işlə bağlı verdiyi digər tapşırıqların icra edilməsi
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küç.
İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00
Əmək haqqı: 350-600 AZN
- Təcrübə - 0-3 (müvafiq sahədə)
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət
- Təqdimat bacarığı
- Öyrənməyə meyilli
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Çeviklik
- Dəqiqlik
Müraciət üçün: https://forms.gle/X43Yi3U47r58eq1N6
Qeyd: Hər bir müraciətə 1 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!