Məhsul meneceri

Məhsul meneceri

Optimal Electronics LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnzibati

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    23 sentyabr 2020

  • Bitmə tarixi

    23 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

• Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;
• Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək indiki və gələcək məhsul özəlliklərini müəyyən etmək, yeni məhsul ideyalarını və ya məhsul çeşidlərini ortaya çıxarmaq;
• Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;
• Rəhbərlik etdiyi kateqoriyanın satış strategiyasını rəhbərliklə bir yerdə müəyyənləşdirmək;
• Rəhbərlik etdiyi məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yükləmək və təqib etmək;
• Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək; sual və sorğulara vaxtında cavab vermək;
• Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;
• Rəhbərlik tərəfindən qoyulan, aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsi üçün səylə çalışmaq;
• Satış və stok vəziyyəti, bazar satış tenedesiyası və s. Məqamları nəzərə alaraq məhsul sifarişi hazırlayıb rəhbərliyə təsdiq etdirmək;
• Mağazaları analiz edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Məhsul meneceri (Elektronika və məişət avadanlıqları üzrə)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 22.10.2020

Namizədə tələblər:

• Təhsil: Ali və ya orta ixtisas

• Azərbaycan və ingilis dillərində səlis bilməli; Rus dilini bilmək üstülükdür;

• Satış təcrübəsi olmalıdır; (Elektronika və məişət avadanlıqları sahəsində təcrübənin olması üstünlükdür.)

• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

• Güclü analitika qabiliyyəti;

• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox