Vakansiya haqqında
Təsvir
- Gəminin göyərtə və gövdə hissələrində gündəlik işlərin və texniki xidmət tədbirlərinin həyata keçirilməsinə dəstək göstərmək;
- Gəmilərin təhlükəsiz yanalma, bağlanma və lövbər əməliyyatlarında iştirak etmək;
- Yanalma avadanlıqlarının sazlığını və təhlükəsiz istismarını təmin etmək;
- Göyərtə, şturman və sükan otaqlarında təmizlik və səliqəni qorumaq;
- Zəruri hallarda gəmi və avadanlıqların rənglənməsi və texniki hazırlıq işlərini yerinə yetirmək.
Tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə peşə təhsili
Təcrübə: Müvafiq istiqamət üzrə 1 il
Tələb olunan sertifikatlar:
- Matros sertifikatı (diplomu);
- Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;
- Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;
- Gəminin Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat;
- Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!