Vaxtı bitib

Marketinq üzrə menecer

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Təhsil Ali
  • Təcrübə 3 ildən 5 ilə qədər
  • Bitmə tarixi 06 oktyabr 2021
Diqqət!

Bu elanın vaxtı bitib. Marketinq mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

İşəgötürən: “LIBRAFF” MMC

Vəzifə: Marketinq üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; təhlillər əsasında şirkətin güclü və zəif tərəflərini müəyyən etmək;
- Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
- Şirkətin hədəf auditoriyasını təhlil etmək;
- Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
- Şirkətin (LIBRAFF və STORİES COFFEE üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
- Problemli məhsullarla bağlı tədbirlər görmək;
- Filiallarda vizual dizayna nəzarət etmək, mağaza və kafe vitrinlərini, mağaza daxilini (interyeri) müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
- Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
- Marketinq komandasını idarə etmək;
- Şirkətin hədəflərini, mövqeyini nəzərə almaqla SMM və PR strategiyasını müəyyən etmək, komandanı bu strategiyaya uyğun istiqamətləndirmək;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlamaq və təkmilləşdirmək.

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
Nahar: şirkət tərəfindən təmin olunur
İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Şirkət haqqında:

2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.

Namizədə tələblər:

• marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;

• marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;

• marketinqin əsasları üzrə bilik və bacarıqlar;

• analiz etmək qabiliyyəti;

• yüksək şifahi və yazılı komunikasiya bacarığı;

• peşakar idarəetmə bacarığı;

• düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;

• kreativlik və yaradıcılıq

Müraciət üçün e-mail: human.resources@libraff.az

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və e-mailda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur.

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Marketinq üzrə menecer üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Marketinq üzrə menecer vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Marketinq üzrə menecer vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

9

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ