Vakansiya haqqında
· Kredit risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
· Kredit riski çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi;
· Kredit portfelinin fəaliyyəti üzrə Əsas Risk Göstəricilərinin müəyyən edilməsi;
· Rəhbərlik üçün gündəlik, aylıq və rüblük portfel təhlilinin hazırlanması;
· Bankın yeni məhsulları/limitləri və xidmətlərinin kredit risklərinə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;
· Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak;
· Portfellər üzrə stress ssenarilərini müəyyən etmək və kapital ehtiyatlarının bölüşdürülməsində stress test nəticələrinin necə tətbiq edilməsinə dair təkliflərin verilməsi;
· Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması.
Namizədə tələblər:· Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
· Kredit və/və ya bazar riskləri, modelləşdirmə, aktiv və passivlərin idarə edilməsi, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə minimum 3 il iş təcrübəsi;
· Kredit vermə prosesi barədə məlumatlı olmaq (xüsusilə pərakəndə və mikro seqmentlərdə);
· Analitik bacarıqlar və məntiqi nəticələr əldə etmək üçün verilənlər bazasını təhlil etmək bacarığı;
· Müxtəlif məqsədlər üçün təhlil hazırlamaq və təqdim etmək bacarığı;
· Skorinq və reytinq modeli üzrə biliklərin olması üstünlükdür;
· Python və ya R dillərində proqramlaşdırma bacarığı üstünlükdür;
· Azərbaycan və ingilis dillərini bilmək.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!