Maliyyə Menecmenti Departamentinin Strategiya, Büdcə və Analitika Şöbəsinin Mütəxəssisi

Maliyyə Menecmenti Departamentinin Strategiya, Büdcə və Analitika Şöbəsinin Mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı, PBT2 (Port Baku Tower 2),

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    04 avqust 2026

  • Bitmə tarixi

    16 avqust 2026

Birbankın Maliyyə Menecmenti Departamentinin Strategiya, büdcə və analitika şöbəsinin mütəxəssisi vəzifəsinə maliyyə planlaşdırılması, büdcələşdirmə və analitika sahəsində təcrübəyə, güclü analitik düşüncəyə və maliyyə modelləri ilə işləmək bacarığına malik peşəkar axtarırıq.

+ ' ' +

Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

Maliyyə planlaşdırılması, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;

Maliyyə modelləşdirilməsi və büdcə planlaşdırılması üzrə biliklər;

Yüksək səviyyədə MS Excel bilikləri;

SQL bilikləri arzuolunandır;

Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri;

Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı;

Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;

Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı;

Komanda ilə işləmə və kommunikasiya bacarığı;

Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq;

+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit
+ ' ' +

Bankın illik və çoxillik (3-5 illik) maliyyə modellərinin hazırlanmasında iştirak etmək;

Büdcə planlaşdırma prosesini idarə etmək: illik büdcəni formalaşdırmaq, icrasına nəzarət və kənarlaşmaları təhlil etmək;

Xərcləri bölüşdürülməsi (cost allocation) metodologiyalarını hazırlamaq və tətbiq etmək, o cümlədən kanallar (rəqəmsal, filial) üzrə OPEX bölgüsünü həyata keçirmək;

Aylıq-rüblük maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim olunması üçün material və analitik dəstəyi təmin etmək;

Bankın maliyyə göstəricilərini hesablamaq və təhlil etmək;

Biznes bölmələri ilə əməkdaşlıq əsasında məlumat toplamaq, fərziyyələr formalaşdırmaq və maliyyə proqnozları qurmaq;

Struktur bölmələrin fəaliyyət nəticələrinin plan-fakt təhlilini aparmaq və müvafiq tövsiyələr hazırlamaq;

Rəhbərlik üçün strateji qərarların qəbulunda dəstək məqsədilə analitik təqdimatlar hazırlamaq;

Hesabat proseslərinin avtomatlaşdırılması istiqamətində təkliflər vermək və tətbiq etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Maliyyə Menecmenti Departamentinin Strategiya, Büdcə və Analitika Şöbəsinin Mütəxəssisi vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox