Maliyyə analitiki

Maliyyə analitiki

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    22 iyun 2020

  • Bitmə tarixi

    22 iyul 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Maliyyə analitiki vakansiyaları üçün bura keçid edin!

Elan : “Maliyyə analitiki”

İşin qısa təsviri :

Müvafiq hesabatların və büdcənin hazırlanması, maliyyə hesabatlarının analizinin həyata keçirilməsi.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
• Cari Xərclərin yoxlanılması və təsdiq olunması;
• Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
• Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
• Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
• Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
• Malların marjinallığının hesablanması və təhlil edilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
• Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
• Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
• Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Problemləri həll etmə bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali ( İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində);
• İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 6 aylıq iş təcrübəsi;
• Dil bilikləri : Azərbaycan və ingilis dilləri mükəmməl, rus dili üstünlükdür;
• Kompüter bilikləri : MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzu olunandır) istifadə etmək bacarığı.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı şəhəri;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Tibbi Sığorta ilə təminat.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə analitiki” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #838095

  • 3429

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox