Vakansiya haqqında
Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza Meneceri tələb olunur.
İşin rolu:
İşin əsas rolu mağazanın gündəlik əməliyyatlarınə nəzarət etmək və satış işçilərin effektiv fəaliyyətini təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
• İşçilərin gündəlik rejiminə, iş və tətil cədvəllərinin nəzarət edilməsi
• Satış nümayəndələri tərəfindən aylıq satış planının yerinə yetirilməsinin təmin edilməsi
• İşçilərin vəzifə və funksiyalarının bölgüsü
• İşçilər ilə tədris və toplantıların keçirilməsi
• Mağazada və anbarda olan malların qiymətlərinə, ölçülərinə və miqdarına nəzarət edilməsi
• Keyfiyyətli müştəri bazasının və xidmət səviyyəsinin qorunması
• İntizam qaydalarına əməl olunmasına nəzarət edilməsi
• Şirkətin peşəkar satış metodlarının və təcrübələrinin tətbiq edilməsi
• Müştəri bazasının inkişafı və keyfiyyət dinamikası üçün nəzərdə tutan aylıq hesabatların hazırlanması və təqdim edilməsi
Əsas tələblər:
İxtisas / Təhsil:
• Müvafiq sahə üzrə təhsil, (Satış üzrə müvafiq sertifikatlar arzu olunandır)
Təcrübə:
• Pərakəndə sahəsində Mağaza Meneceri ve ya Menecrin Assistenti kimi ən azı 3 il iş təcrübəsi
Bilik və bacarıqlar:
• Azərbaycan dilini səlis bilmək (Rus dili arzu olunandır)
• Microsoft Office üzrə təcrübəli olmaq
Kompetensiyalar:
• Yüksək ünsiyyət və təşkilatçılıq bacarığları
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment.sales@sinteks.com e-mailına, mövzu hissəsində “Mağaza Meneceri” qeyd edib göndərilməsi xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!