Vəzifə: Mağaza inzibatçısı (Göyçay şəh.)
- Vəzifələr və məsuliyyətlər:
- Satılan nömrələrin, məhsulların və xidmətlərin Excel-də dəqiq uçotunu aparmaq, siyahıları yeniləmək və arxivləşdirmək.
- Daxili və xarici strukturlarla (anbar, filiallararası, user və s.) məhsul, avadanlıq və sənədlərə dair təhvil-təslim aktlarını düzgün şəkildə hazırlamaq və rəsmiləşdirmək.
- Yeni istifadəçilərin (User) və abunəçilərin açılması, dəyişdirilməsi və bağlanması üçün tələb olunan sənədlərin tam toplanmasını və sistemə düzgün daxil edilməsini təmin etmək.
- Rəhbərliyə təqdim edilmək üçün gündəlik, həftəlik və aylıq hesabatları (əməliyyat, sənədləşmə, inventar və s.) hazırlamaq.
- Mağazaya aid bütün sənədlərin (aktlar, müqavilələr, hesabatlar) fiziki və elektron arxivinin sistemləşdirilməsi və qorunmasını təmin etmək.
- Mağazanın əməliyyat fəaliyyətinə dair həftəlik rutin plan hazırlamaq və icrasını Mağaza Meneceri ilə birlikdə nəzarətdə saxlamaq.
- Yeni nömrələrin aktivasiya prosesində inzibati və texniki dəstək göstərmək.
- Ofis ləvazimatları, çap materialları və digər sənədləşmə formalarının ehtiyatını izləmək, sifarişlərin vaxtında verilməsini təmin etmək.
- Mağaza Meneceri tərəfindən verilən digər inzibati və əməliyyat tapşırıqlarının icrası.
- Tələb edilən bacarıqlar və təhsil:
- Minimum orta ixtisas və ya ali təhsil.
- İnzibati işlər, satış dəstəyi və ya müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrübəsi.
- MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək.
- Diqqətli, məsuliyyətli və dəqiqliyə önəm verən.
- Vaxtın idarəedilməsi və bir neçə tapşırıqla eyni anda işləmə bacarığı.
- Yüksək kommunikasiya bacarığı və komanda ilə işləmək bacarığı.
Əmək haqqı: Namizədin iş təcrübəsindən asılı olaraq təyin olunacaqdır;
İş qrafiki: 6 günlük iş qrafiki;
İş yeri: Göyçay şəh., Nizami Gəncəvi küçəsi..
Uyğun namizədlər CV fomalarını hr@myshops.az poçt ünvanına mövzu hissədə “Mağaza inzibatçısı (Göyçay şəh.)” qeyd edərək göndərə bilərlər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!