Vakansiya haqqında
Vacancy: Mağaza direktoru (Gəncə şəhəri)
Zəruri tələblər:
• 3 ildən artıq elektronika və məişət texnikası mağazasına rəhbərlik, və ya 3 ildən artıq istehlak kreditləri sahəsində təcrübə;
• Təcrübəli kompyuter, 1C və Excel istifadəçisi;
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır.
Şəxsi keyfiyyətlər:
• Liderlik xüsusiyyətləri;
• Yaranmış problemləri həll etmə bacarığı;
• Nəticə yönümlülük;
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
• Komandada işləmək bacarığı.
Vəzifələr:
• Satış personalının və kredit bölməsinin idarəedilməsi;
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması;
• Assortimentin və satışın analizi;
• Daxili inventarizasiyanın aparılması;
• Alıcılarla iş.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı- razılaşma yolu ilə.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktoru (Gəncə şəhəri)” yazaraq CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!