- Kreditlə bağlı bütün əməliyyatların effektiv, şəffaf və düzgün icrasında daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi;
- Şikayətlərin idarəedilməsi, baş vermiş problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Siyahı üzrə bütün zəruri sənədlərin Müştəri Menecerindən əldə edilməsi;
- Müqavilələrin tərtib edilməsi və ABS-də kredit şərtlərinin yığılması;
- Girovların ABS-də qeydiyyatının aparılması;
- Notariat və qeydiyyat işlərinin (daşınan və daşınmayan girovların) icra edilməsi;
- Müvafiq məlumatların audit və hüquq departamentlərinə ötürülməsi;
- Gündəlik kreditlər üzrə əməliyyatların aparılması və maliyyə arayışlarının hazırlanması;
- Şərtlər və girovlar da daxil olmaqla kredit fayllarının hazırlanması;
- Həm elektron, həm də kağız daşıyıcıda olan məlumatların dəqiqliyinin yoxlanılması;
- Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
- Əməliyyatlarla bağlı sənədlərin saxlanılması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
- Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək;
- İşlərin müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq icra edilməsi;
- Hər hansı kreditlə əlaqəli istənilən növ sualların cavablandırılması;
- Müvafiq kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə əlaqələrin qurulması və bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi;
- Bankın “Təşkilati Risklərin İdarəedilməsi”nə dair siyasətinə əməl edilməsi və iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilib aradan qaldırılması;
- Rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Namizədə tələblər:- Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: 0-1 il
- Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), Rus dili (orta), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
- Digər: İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət və münaqişələrin həlli bacarığı
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!