−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Vaxtı bitib

Leading Linux System Administrator

14 oktyabr 2025 707 baxış

Diqqət!

Bu elanın vaxtı bitib. Linux Administratoru vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Linux Administratoru üzrə əməkdaş axtarırsınız?

Hər gün yüzlərlə namizəd saytımızda bu vəzifə üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Birbankın İT infrastrukturunun davamlı fəaliyyəti üçün sistem davamlılığının təminatı və mövcüd olan problemlərin effektiv şəkildə həll edilməsi üçün namizəd axtarırıq. Bankın fəaliyyətini dayanıqlı və fasiləsin təmin etmək və yüksək səviyyədə xidmət göstərmək əsas məqsədlərimizdəndir.

  • Ali təhsilə (İnformasiya texnologiyaları, kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi);
  • Sistem və şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsinə;
  • Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklərə (inzibatçılıq səviyyəsində);
  • Graylog, Zabbix və ya PRTG kimi monitorinq və log idarəetmə sistemləri ilə iş təcrübəsinə;
  • Apache, Nginx, HAProxy, Squid serverlərində inzibatçılıq təcrübəsinə;
  • DNS, DHCP, SSL/TLS, iptables və firewall konfiqurasiyasında orta dərəcəli biliklərə;
  • Linux mühitlərində yeniləmə proseslərinin planlanması, kritik yeniləmələrin təsirlərinin qiymətləndirilməsi və minimal kəsinti ilə iş mühitinə inteqrasiya edilməsi üzrə praktiki biliklərə;
  • LVM, RAID, NFS, SMB, və EXT4, XFS kimi fayl sistemlərində təcrübəyə;
  • Red Hat Sertifikatlarına: RHCSA, ( RHCE sertifikatına sahib olması arzuolunandır);
  • Texniki sənədlərlə işləmək üçün ingilis dili biliklərinə sahib olmaq (rus dili arzuolunandır).
  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
  • RedHat, CentOS, Debian və digər Linux distrubutivlərində inzibatçılıq səviyyəsində əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
  • Graylog, Zabbix, PRTG kimi monitorinq və log idarəetmə sistemlərinin quraşdırılması, konfiqurasiyası və gündəlik istifadə edilməsi;
  • Apache, Nginx, HAProxy, Squid serverlərinin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
  • Ansible və digər avtomatlaşdırma alətləri ilə serverlərin və sistemlərin avtomatlaşdırılması və konfiqurasiyasının idarə edilməsi;
  • DNS, DHCP, SSL/TLS, iptables və firewall konfiqurasiyalarının idarə edilməsi, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;
  • Docker və konteyner orkestrasiya sistemləri (Kubernetes arzuolunandır) ilə konteynerlərin idarə olunması və optimallaşdırılması;
  • LVM, RAID, NFS, SMB, EXT4, XFS kimi fayl sistemlərinin idarə edilməsi və optimallaşdırılması;
  • Şəbəkə daxilində dəqiq zaman sinxronizasiyasını təmin etmək üçün yerli NTP serverlərinin qurulması və idarə edilməsi;
  • Müxtəlif əməliyyat sistemləri üçün yerli repozitoriyaların (depozitoriyaların) quraşdırılması, idarə olunması və konfiqurasiyası;
  • Linux mühitlərində əməliyyat sistemlərinin yeniləmələrinin planlanması, kritik yeniləmələrin təsirlərinin qiymətləndirilməsi və minimal kəsinti ilə iş mühitinə inteqrasiya edilməsi;
  • VMware və digər virtualizasiya platformalarında serverlərin və virtual mühitlərin idarə edilməsi və optimallaşdırılması.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Leading Linux System Administrator vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

18

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ