Vakansiya haqqında
Layihə üzrə Baş Memar (LBM)
Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar (LBM) axtarırıq. Əgər sən həm layihənin texniki, həm də yaradıcılıq tərəflərinə rəhbərlik etməyi bacarırsansa, bu vəzifə sənin üçündür!
Vəzifələr:
- Memarlıq layihələrinin konseptual və texniki rəhbərliyi
- Layihə komandalarının idarə olunması və koordinasiyası
- Müştərilərlə görüşlərin həyata keçirilməsi və tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması
- İşçi layihələrin hazırlanmasında iştirak və nəzarət
- Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi
- Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması
- İcrada yaranan problemlərin analizi və həlli
Tələblər:
- Memarlıq üzrə ali təhsil
- İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə
- AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və s. proqramlarda yüksək səviyyədə işləmək bacarığı
- Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
- Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı
- Komanda idarəetmə və liderlik qabiliyyəti
- Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı
Təklif edirik:
- 5/2 iş qrafiki
- İş saatları: 09:30 – 18:00
- 1800-2500 AZN (namizədin təcrübəsinə uyğun olaraq)
- Ölkə əhəmiyyətli layihələrdə rəhbərlik imkanı
- Peşəkar komanda və inkişaf yönümlü mühit
- Karyera yüksəlişi üçün açıq struktur və dəstək
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!