Vakansiya haqqında
İdarə : Layihələrin idarə edilməsi ofisi
İş qrafiki : Standart
Son müraciət tarixi: 03.06.2019
Müqavilə müddəti : Daimi
İş yeri : Port Baku Biznes Mərkəzi, Cənub Qülləsi
Sizin əsas vəzifə öhdəlikləriniz
* Layihələri biznes keys, planlama, icra və yekunlaşdırılması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək.
* Verilən hədəf, vaxt və büdcə daxilində layihələri icra etmək. *Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq.
* Risklərin idarə edilməsi (riskləri planlaşdırma, qiymətləndirmə, nəzarət və azaltma)
* Təchizatçının fəaliyyətini əlaqələndirmək (satınalmanın planlaşdırılması, ASR, PO, CPA idarə edilməsi, büdcənin idarə edilməsi, icrası, maliyyə məsələlərinin icrasını izləmək, idarəetmə komitəsinin iclasının təşkil olunması və s.).
* Layihə resurslarını idarə etmək.
* Layihə iclasları üçün məsuliyyət daşımaq (Təqdimatların və status məlumatlarının hazırlanması, iclas gündəliyinin tərtib edilməsi məlumatların paylanması, sənədlərin vaxtında yenilənməsi, qeydlərin göndərilməsi)
* Lahiyənin gedişatını izləmək.
* GTTM prosesinin icrasına dəstək olmaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*Ali təhsil.
*Layihələrin idarə edilməsi üzrə Telekom sahəsində 2 il iş təcrübəsi.
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Layihələri idarə etmə bacarığı (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür)
* Telekom sahəsini yaxşı bilmək.
* Maliyyə, satınalma, logistika, hüquq prinsiplərini anlamaq.
* MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point)
* Azərbaycan və İngilis dillərini səlis bilmək
* Yüksək dərəcədə təşkilatçılıq bacarığı
* Təzyiq altında işləyə və işləri son təhvil vermə tarixinə qədər çatdıra bilmək.
* Hədəfləri yerinə yetirmək üçün maksimum dərəcədə sərbəst çalışa bilmək.
* Mübahisəli məsələləri idarə edə bilmək.
* Yüksək dərəcədə çevik və təşəbbüskar olmaq.
* Görüləcək işləri analiz edə və prioritetləri müəyyən edə bilmək.
* Liderlik bacarıqları.
* Mükəmməl ünsiyyət bacarıqları.
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Layihə Meneceri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!