Vakansiya haqqında
- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin etmək;
- Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
- Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadə etmək;
- Laboratoriya qeydiyyat jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək;
- Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
- Mütərəqqi sınaq üsulları və eksperimentlərin tədbiqi üçün işlər aparmaq;
- Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
- Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq.
İş saatı: 08-30-dan 18-00-dək;
Bazar günü istirahət;
Servis xidməti mövcuddur;
İş yeri: Bakı-Sumqayıt şosesi Masazır dairəsinin yaxınlığında yerləşir.
Təhsil: Ali (bakalavr)
İş təcrübəsi: Ən azı bu sahədə 5 il il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş Laboratoriya müdirlərinə üstünlük verilir.)
Yaş həddi: 30-50;
Kompüter biliyi: Word, Excell, Internet Explorer; Dillər: Azərbaycan və Rus dili(İngilis dili arzuolunandır)
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyyəti; İşə planlı yanaşması;
Ünsiyyət yaratmaq bacarığı;
Fəal olması;
Əlavə tələblər: Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşması, dəqiq və dürüst olması tələb olunur.
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!