Kredit satışı üzrə işçi

Kredit satışı üzrə işçi

FİNCA Azerbaijan
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 may 2022

  • Bitmə tarixi

    16 iyun 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Rol haqqında

Kredit Satışı üzrə İşçi hədəf qrupda olan müştərilər ilə əlaqə saxlayaraq onlara kredit məhsulları barədə məlumat verəcək, müştərilərin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləği və şərtlərini müəyyən edəcək, müştərilərin kredit ilə bağlı suallarını cavablayacaq, kreditin təsdiqlənməsi üçün lazımi sənədləşməni hazırlayacaq məsul şəxsdir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq uyğun kredit məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini izah etməklə kredit satışını həyata keçirtmək
  • Müştərinin cari kredit məlumatları və sahib olduğu biznes növü ilə tanış olmaq və bu məlumatları yeni kreditin verilməsində istifadə etmək
  • Müştərinin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləğinin təyin olunması, məhsula uyğun şərtlər əsasında sənədləşməni həyata keçirtmək və kredit təsdiqi üçün təqdim etmək
  • Müştəri kreditdən imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FINCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
  • Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə əvvəldən təyin olunmuş vaxtlarda təkrar əlaqə saxlayaraq kredit təklif etmək
  • Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və bu məlumatları kreditin verilməsi prosesində istifadə etmək

Namizədə tələblər:

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

Ali təhsil – Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə

Satış xidmətləri sahəsində ən azı 4 ay təcrübə (Kredit Vermə, Sığorta, Telefon Mərkəzi Satış – telefon vasitəsilə Satışların aparılması və digər oxşar sahələr üzrə təcrübəyə üstünlük verilir)

Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları

Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq

Bacarıqlar:

  • Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik düşüncə qabiliyyəti
  • Vaxtı idarəetmə bacarığı
  • Komanda ilə iş bacarığı
  • Digər Bilik və Bacarıqlar:
  • Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
  • Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı

Qeyd:

  • Bu vəzifəni icra edən işçilər Satış prosesini stimullaşdırmaq məqsədi daşıyan xüsusi qiymətləndirməyə cəlb olunacaqlar.
  • İşçilər üçün vəzifə daxilində qəbul olunmuş vaxt çərçivəsində növbəti səviyyəyə yüksəlmə nəzərdə tutulub. (Əsas Fəaliyyət Göstəricilərinin nəticələrinə və qəbul olunmuş prosedura əsasən)
  • Bu yüksəlmə mexanizmi  şirkət rəhbərliyi tərəfindən təşviq olunur.   
  • Seçimlərdə növbəti addımlar
  • Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
  • müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 31 May, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
  • Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

KREDİT SATIŞI üzrə İŞÇİ | FINCA Azerbaijan Linkdən keçid alaraq CV göndərə bilərsiniz

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #845144

  • 1043

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox