Kredit risklərinin təhlili departamentinin KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi

Kredit risklərinin təhlili departamentinin KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı, Mərkəz filialı,

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    15 dekabr 2025

  • Bitmə tarixi

    21 dekabr 2025

Bank haqqında:

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır. Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

 Rol haqqında:

 Kiçik və orta sahibkarlıq (SME) subyektlərinin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin həyata keçirilməsi üçün aparıcı və baş mütəxəssis vəzifəsinə uyğun namizədlərin axtarışındayıq. Əməkdaşın əsas rolu borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirməklə öhdəliklərin düzgün strukturlaşdırılmasını təmin etmək və onlar barədə rəylərin verilməsindən ibarət olacaq. Professional bir komandanın üzvü olacaq bu əməkdaşlardan yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, analitik düşünmə və çevik qərarvermə qabiliyyəti, məsuliyyətlik, dəqiqlik, risklərin düzgün qiymətləndirilməsi və bankdaxili normativ qaydaların tam olaraq qorunmasına nəzarət tələb olunur.  


Bizimlə işləməyin üstünlükləri:

●       Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.

●       Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.

●       Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

●       Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

●       Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

●       Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

●       Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

+ ' ' +

•Təhsil: Bakalavr;

•Dil bilikləri: Azərbaycan dili

• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;

• Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;

• Məsuliyyətlilik və dəqiqlik;

• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;

• Bank qanunvericiliyini bilmək; 

+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
+ ' ' +

• KOS və korporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;

• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;

• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;

• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;

• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox