Kredit mütəxəssisi Sumqayıt filialı

Kredit mütəxəssisi Sumqayıt filialı

GL ASC
  • Şəhər

    Bakı, Bakı şəh., S. Vurğun küç., 60

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

    Əlavə bonuslar mövcuddur
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    07 yanvar 2026

  • Bitmə tarixi

    16 fevral 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

GL ASC (Sizin Lombard) - Kredit Mütəxəssisi Vakansiyası

 

GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Sumqayıt filialında çalışmaq üçün kredit mütəxəsisi və 3-cü kateqoriyalı Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

 

Əsas Vəzifələr:

  • Aktiv satış fəaliyyətlərinin təşkili və potensial müştərilərin cəlb edilməsi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqələrin qurulması;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə təqdim etmək və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərə operativ xidmət göstərmək, uzunmüddətli əməkdaşlıq üçün şərait yaratmaq və daxil olan şikayətləri operativ şəkildə həll etmək;
  • Kredit analiz müraciətlərinin vaxtında icrası və kreditləşmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

 

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Fərdi və komanda şəklində işləmə bacarığı;
  • Kişi namizədlərə üstünlük verilir (arzuolunandır);
  • Bank, bank olmayan kredit təşkilatları və ya lombardlarda kredit mütəxəssisi kimi təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
  • Yüksək ünsiyyətqurma bacarığı və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmə bacarığı.

 

İş Qrafiki və Təkliflər:

  • İş günləri: Bazar ertəsi - Cümə, saat 09:00 - 18:00;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
  • Əlavə olaraq əməkhaqqının iki misli qədər bonus qazanmaq imkanı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox