Vakansiya haqqında
1. İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
2. Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
3. Aktiv və öhdəliklərin valyuta, durasiya, konveksiti, faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
4. İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
5. Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
6. IFRS 9 standartlarına uyğun olaraq makrokalibrasiyanın aparılması;
7. Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası), İnvestisiya sahələri üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat iqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: İngilis dili:əla, Azərbaycan dili:əla.
Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatlarının olması, SQL/Python/R proqramlaşdırma üzrə biliklərin olması.
Kompüter bilikləri: MS Excel: əla , MS Outlook: əla , MS Word: əla , MS PowerPoint: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!