Təsvir
İşiniz nədən ibarətdir?
- Prioritetli və yüksək gəlirli KOS müştərilərdən daxil olan zənglərin vaxtında və keyfiyyətli cavablandırması;
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi və icra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğu;
- Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyatı struktur bölmələrə yönəldilməsi;
- Şikayət və təkliflər ilə işin nəzarəti : hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılmasına, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsinə və müştərilərə vaxtında cavabın təqdim edilməsinə nəzarət edilməsi;
- Online bank əməliyyatlarında, VideoZəng prosesində , Online cari hesabın açılmasında , Əmək haqqı və online əmək haqqı kartları və diqər məhsul/xidmətlər ilə bağlı müştərilərə dəstəyin göstərilməsi.Hesab üzrə qalıq, sərəncam və ödəniş statusları üzrə araşdırmaların aparılması, məktubların yazılması və müştərilərin məlumatlandırılması;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!