- Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak edir, bu istiqamətdə təkliflər verir;
- Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirir;
- Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurur;
- Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirir;
- Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirir;
- Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirir;
- Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirir;
- Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara əsasən hesabatların hazırlanmasını həyata keçirir;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
- Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.
Namizədə tələblər:
- Ali təhsilli olmalı;
- KOS və mikro kreditlərinin satışı və ya təhlili sahəsində ən azı 1 il iş təcrübəsi
- ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları (arzuolunan);
- Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
- Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması).
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!