Vakansiya haqqında
Vakansiya: Korreksion pedaqoq – Defektoloq (inkişaf ləngimələri, idrak və psixi proseslərin korreksiyası üzrə)
- İş yeri: ELS Clinic
- Şəhər: Bakı
- İş qrafiki: Əmək qanunvericiliyinə uyğun
- İş təcrübəsi: Müvafiq sahə üzrə təcrübə arzuolunandır
- Əməkhaqqı: Qarşılıqlı razılaşma əsasında
Əsas vəzifə öhdəlikləri
- Uşaqların psixoloji və idraki inkişaf səviyyəsinin ilkin qiymətləndirilməsini aparmaq;
- İnkişaf ləngimələrini və idrak sahəsində çətinlikləri müəyyənləşdirmək;
- Diqqət, yaddaş, təfəkkür, qavrama və təxəyyül kimi psixi proseslərin inkişafı və korreksiyası istiqamətində iş aparmaq;
- Uşaqların fərdi ehtiyaclarına uyğun korreksiya və inkişaf proqramları hazırlamaq və tətbiq etmək;
- İncə və kobud motorika, sensor inteqrasiya və qavrama bacarıqlarının inkişafına dəstək olmaq;
- Sosial adaptasiya, özünəxidmət və gündəlik həyat bacarıqlarının formalaşdırılması istiqamətində məşğələlər keçirmək;
Namizədə tələblər
- Korreksion pedaqogika, defektologiya və ya xüsusi pedaqogika üzrə ali təhsil;
- İnkişaf ləngimələri və xüsusi təhsil ehtiyacları sahəsində nəzəri və praktiki biliklər;
- İdrak və psixi proseslərin inkişafı və korreksiyası üzrə metodik biliklər;
- Fərdi inkişaf və korreksiya proqramları hazırlamaq bacarığı;
- Autizm spektr pozuntusu, ümumi inkişaf ləngiməsi və digər neyroinkişaf xüsusiyyətləri olan uşaqlarla iş təcrübəsi arzuolunandır;
- Uşaqlarla işləmək bacarığı, səbirli, diqqətli və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək və valideynlərlə effektiv ünsiyyət qurmaq bacarığı.
Müraciət qaydası
E-poçtun mövzu hissəsində “Korreksion pedaqoq – Defektoloq” qeyd edilməlidir.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
CV-nizi elsclinic2026@gmail.com elektron poçt ünvanına göndərin və ya WhatsApp vasitəsilə 050 805 00 20 nömrəsinə göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!