Korporativ Satışlar Departamentinin Müştərilərlə İş Şöbəsinin Aparıcı Mütəxəssisi

Korporativ Satışlar Departamentinin Müştərilərlə İş Şöbəsinin Aparıcı Mütəxəssisi

Kapital Bank
  • Şəhər

    Bakı, Bakı, Azərbaycan

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    06 sentyabr 2025

  • Bitmə tarixi

    25 oktyabr 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ satış üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Korporativ müştərilərə şirkətin məhsul və xidmətlərini təqdim edən, satış strategiyalarını inkişaf etdirən və müştəri əlaqələrini gücləndirən namizəd axtarışındayıq.

Ali iqtisadi təhsil;

Bankda korporativ satışlar sahəsində ən azı 3 il iş təcrübəsi;

Müştəriyönümlülük;

Analitik düşünmə qabiliyyəti;

Detallara diqqətli;

Sərbəst işləmə qabiliyyəti;

Ünsiyyətqurma bacarıqları:

Vahid komandada işləmək qabiliyyəti.

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi krediti

Hüquqi şəxslər və fərdi sahibkarlara aid olan kredit və sənədli əməliyyatlara dair müraciətlərə baxılması və ilkin rəylərin verilməsi;

Kredit və sənədli əməliyyatlar üzrə müraciət daxil olduqda, təsdiq olunmuş qaydalara əsasən biznes-təhlilinin aparılması və müvafiq komitələrdə təqdim edilməsi;

Kredit portfelinə, mövcud müştəri bazasına və onların dövriyyəsinə mütəmadi nəzarət edilməsi, müştərilərlə əlaqə saxlanılması və hər hansısa problemlər yarandıqda onların aradan qaldırılması üçün lazımı tədbirlər görülməsi;

Portfeldə olan mühüm korporativ müştərilər ilə mütəmadi olaraq görüşlərin təşkil edilməsi;

Problemli kredit portfelinə nəzarət edilməsi və hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması və qısa müddət ərzində ödənişlərin təmin edilməsi;

İş vaxtının səmərəli və düzgün planlaşdırılması;

Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək və korporativ müştərilərə bankın məhsulları üzrə təkliflərin verilməsi.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox