Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
• Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;
• Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
• Müştərilər ilə ərazidə görüşmələr keçirilməsi;
• Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların ərazidə aparılması;
• Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
• Route üzrə hər gün ərazinin ziyarət olunması;
• Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
• Müştəridən daxil olan sorğuların qəbul edilməsi, ərazidə sifarişlərin qeydiyyatı;
• Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
• Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması;
• Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
• Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
• Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
• Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
• Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək;
• Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.
Tələblər:
• Ali təhsil.
Cinsi: Qadın
Yaş:25-35
• Kosmetik məhsullar sektorunda satış təcrübəsi.
• B2B (korporativ) satış proseslərində iştirak və müştəri portfeli formalaşdırmaq təcrübəsi üstünlükdür
• Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını yaxşı tanımaq.
• Satış planlarını hazırlamaq, icra etmək və aylıq/həftəlik hesabatlar təqdim etmək bacarığı.
• Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
• Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
• Yüksək ünsiyyət, təqdimat və nəticəyə fokuslu iş bacarıqları.
• Məsuliyyətli, işində dəqiq olmaq.
İş şəraiti:
• 6 günlük iş qrafiki: saat 10:00-18:00;
• Əmək haqqı: 450 azn + bonus sistemi;(350 azn fix + 100 azn yol pulu)
• Ünvan: Bakı şəhəri, Məmməd Araz 50 C (Qeyd :İş ərazi işidir)
• Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək. Uyğun namizədlərdən CV-lərini “Korporativ satış üzrə mütəxəssis” başlığı altında gullu@adaline.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!